Tbilisinin 10 rayonunda sel fəsadları: Binalar zədələndi, avtomobillər torpaq altında qaldı

Aug 15, 2026 - 13:44
 0  18
Tbilisinin 10 rayonunda sel fəsadları: Binalar zədələndi, avtomobillər torpaq altında qaldı

Tbilisi Meriyasının məlumatına görə, avqustun 14-ü gecə saatlarında yağan güclü yağış nəticəsində zədələnmiş infrastrukturun və küçələrin təmizlənməsi işləri intensiv şəkildə davam etdirilir.

XEBER.GE xeber  verir ki, prosesə həm xüsusi ağır texnika, həm də "Tbilservice Group"un canlı qüvvəsi tam cəlb olunub. Paralel olaraq, güclü yağıntı nəticəsində müxtəlif növ tullantılarla dolmuş yağış suları şəbəkələri yuyulur, həmçinin yağış barbarları (kollektorlar) təmizlənir. Bütün gecə boyunca sel sularının gətirdiyi torpaq qatından yolun hərəkət hissəsinin təmizlənməsi fasiləsiz rejimdə aparılıb", — Meriya yazır.

"Tbilservice Group"un rəhbəri Qiorqi Papavanın sözlərinə görə, "güclü yağış Tbilisinin hər 10 rayonunda problemlər yaradıb."

"Yolun hərəkət hissəsinə daş və çınqıl qatı gəlib. Əməkdaşlarımız 24 saatlıq rejimdə təmizləmə işlərini həyata keçirirlər. Xüsusilə intensiv yağış Vake, Mtatsminda və Krtsanisi rayonlarına düşüb. 500-dən çox canlı qüvvə və 30 əməkdaş bütün perimetrlər üzrə səfərbər olunub və nəticələrin ləğvi işlərinə cəlb edilib. Proses problemlər tam aradan qaldırılanadək davam edəcək", — Papava bildirib.

Tbilisi Meriyasının məlumatına görə, yağıntı xüsusilə Çuğureti, Vake, Krtsanisi və Mtatsminda rayonlarının sakinlərinə zərər vurub. Şəxsi evlər və zirzəmilər su altında qalıb, Okrokanada, Sürix küçəsi N21 ünvanında torpaq saxlayan istinad divarı uçub. Həmçinin şəhər miqyasında küçələr və bir neçə metro stansiyasının ətrafı subasmaya Məruz qalıb.

"Güclü yağış nəticəsində Nadzaladevi rayonunda, Sanerqe küçəsində torpaq kütləsi sürüşüb və bu da yaşayış evlərindən birinin divarını zədələyib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Nadzaladevi Rayon İcra Hakimiyyəti (Qamqeoba) 3 nəfərlik ailəyə müvəqqəti olaraq alternativ sahəyə köçməyi təklif edib.

Bundan əlavə, müxtəlif məhəllələrdə yerləşən bir neçə binanın fasadından suvaq tökülüb. Baxtrioni küçəsində avtomobillər yamacdan axan torpaq qatının altında qalıb. Leqvtaxeviyə gəlincə, daşan çay artıq öz əvvəlki məcrasına qayıdıb və yaxın günlərdə ərazinin təmizlənməsi aparılacaq."