Tbilisidə yol qəzası: Yük avtomobili piyadanı vuraraq öldürüb
Tbilisi şəhərinin Temqa yaşayış massivində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xeber.ge xeber verir ki,
Qəza nəticəsində ağır xəsarətlər alan şəxsin həyatını xilas etmək mümkün olmayıb, o, hadisə yerində dünyasını dəyişib. Hazırda hüquq-mühafizə organları hadisənin başvermə səbəblərini araşdırır.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi (nəqliyyat vasitələrinin hərəkəti və ya istismarı qaydalarının pozulması) ilə istintaq başladılıb. Bu maddə ehtiyatsızlıqdan insan ölümünə səbəb olma xüsusiyyəti daşıyır.