Tbilisidə Şota Rustaveli prospekti 4 aylıq bağlandı

Jul 21, 2026 - 13:45
 0  12
Tbilisidə Şota Rustaveli prospekti 4 aylıq bağlandı

Tbilisi Meriyasının yaydığı rəsmi bəyanata əsasən, Şota Rustaveli prospektinin tam reabilitasiyası əlaqədar olaraq 23 iyul 2026-cı il tarixindən etibarən 4 ay müddətində prospektdə və Merab Kostava küçəsinin bir hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

XEBER.GE xəbər verir ki, qadağa Tamar Çovelidze küçəsindən Azadlıq meydanınadək olan təmir ərazisini əhatə edəcək. Həmçinin Vaso Abaşidze küçəsində də hərəkət tamamilə dayandırılacaq.

Reabilitasiya dövründə avtomobillər aşağıdakı alternativ yollardan istifadə edə biləcəklər:

·         Petre Melikişvili prospektindən Azadlıq meydanı istiqamətinə: İvane Tarxnişvili, Vasil Barnov, Kote Makaşvili, Polikarpe Kakabadze, Daniel Çonkadze, Amaqleba, Lado Asatiani və Şalva Dadiani küçələri vasitəsilə;

·         Nikoloz Barataşvili küçəsindən Merab Kostava küçəsi istiqamətinə: Revaz Tabukaşvili və Sandro İnaşvili küçələri, Birinci Respublika Meydanı, Giorgi Axvlediani və Niko Nikoladze küçələri vasitəsilə;

·         Mixeil Cavaxişvili küçəsindən Rustaveli prospekti istiqamətinə: Revaz Tabukaşvili, Revaz Laqidze, Mari Brose küçələri və Zviad Qamsaxurdiya adına sahil küçəsi vasitəsilə;

·         Aleksandre Qriboyedov küçəsi: Vano Saracişvili küçəsindən Aleksandre Çavçavadze küçəsinin kəsişməsinədək olan hissədə hərəkət iki tərəfli olacaq.

Təmir işləri müddətində avtobus və mikroavtobusların (marşrutkaların) hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir:

Avtobus və Mikroavtobus marşrutları:

·         N301, 305, 306, 308, 309, 310, 314, 326, 331, 337, 342, 344, 345, 352, 358, 388 və 397 nömrəli avtobuslar, həmçinin N472, 532, 540 və 541 nömrəli mikroavtobuslar: Melikişvili prospektindən hərəkət edərək Qəhrəmanlar meydanı və Kür çayının sağ sahili vasitəsilə Barataşvili küçəsinə birləşəcək və oradan öz adi marşrutu ilə davam edəcəklər (əks istiqamətdə də eyni sxem tətbiq olunacaq).

·         N359 və N391 nömrəli avtobuslar: Qəhrəmanlar meydanı və Qalaktion Tabidze körpüsü vasitəsilə hərəkət edəcəklər.

·         N378 nömrəli avtobus: "Rustaveli" metrostansiyasınadək getməyəcək, hərəkətini Qəhrəmanlar meydanı istiqamətində tamamlayacaq.

Xüsusi Mikroavtobus xətləri:

·         N408: Hərəkətə Azadlıq meydanından başlayacaq və Melikişvili prospektindən Tamar Çovelidze küçəsinə birləşəcək.

·         N420: "Rustaveli" metrostansiyasından keçməyəcək; Guram Rçeulişvili küçəsindən gedərək Melikişvili prospektinə çıxacaq və Tamar Çovelidze küçəsi ilə yoluna davam edəcək.

·         N457: Varazisxevi, Melikişvili prospekti, Tamar Çovelidze, Belinski və Barnov küçələri vasitəsilə hərəkət edəcək.