Tbilisidə polis zabiti əcnəbi vətəndaşı aldadaraq pulunu mənimsəyib

Feb 17, 2026 - 14:08
 0  12
Tbilisidə  polis zabiti əcnəbi vətəndaşı aldadaraq pulunu mənimsəyib

Gürcüstan Daxili İşlər Nazirliyinin  Baş Müfəttişliyi tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Tbilisi Polis İdarəsinin baş müstəntiqi həbs edilib.

Xeber.ge xəbər verir ki, 37 yaşlı G.S. xarici ölkə vətəndaşına qarşı dələduzluq etməkdə şübhəli bilinir.

İstintaqla müəyyən edilib ki, baş müstəntiq Tbilisidə yaşayan əcnəbi vətəndaşın tanışını (digər xarici ölkə vətəndaşını) güman ki, Gürcüstan ərazisinə qanunsuz gətirmək vədi ilə ondan aldadaraq 3 000 ABŞ dolları tələb edib. Bildirilir ki, o, qeyd olunan məbləğin 500 dollarını öncədən beh kimi alıb.

DİN-in Baş Müfəttişliyinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində G.S. cinayət başında yaxalanaraq istintaqa cəlb olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi (dələduzluq) ilə cinayət işi başlanılıb.

Bu maddə üzrə təqsirləndirilən şəxsi 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.