Tbilisidə vəkil iki vətəndaşı 21 000 lari aldadaraq mənimsəməkdə şübhəli bilinir

Oct 24, 2026 - 11:11
 0  8
Tbilisidə vəkil iki vətəndaşı 21 000 lari aldadaraq mənimsəməkdə şübhəli bilinir

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisidə külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə, saxta sənəd hazırlamaq və istifadə etməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.

XEBER.GE xeber  verir ki, istintaqla müəyyən edilib ki, iki vətəndaş mülki mübahisə üzrə məhkəmə prosesinin aparılması və müvafiq hüquqi xidmətlərin göstərilməsi məqsədilə təqsirləndirilən şəxsə müraciət ediblər. Təqsirləndirilən şəxs məhkəməyə iddia ərizəsinin təqdim olunacağını, dövlət rüsumunun ödəniləcəyini və arzuolunan hüquqi nəticənin əldə ediləcəyini vəd edərək onlardan külli miqdarda pul tələb edib.

Pulu aldıqdan sonra onların maraqlarını müdafiə edən vəkil kimi təqsirləndirilən şəxs məhkəməyə iddia ərizəsi təqdim etməyib. Bunun əvəzinə, o, vətəndaşları aldadaraq məhkəmədə onların iddiası əsasında mübahisəyə baxıldığını və prosesin onların xeyrinə başa çatdığını bildirib. Bunu təsdiqləmək üçün isə onlara saxta sənədlər göndərib.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs bu qanunsuz əməlləri nəticəsində zərərçəkənlərə məxsus 21 000 larini dələduzluq yolu ilə mənimsəyib”, – deyə Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir.

Saxlanılan şəxsi 9 ilədək həbs cəzası gözləyir.