Tbilisidə qanlı hesablaşma: Qadını qətlə yetirən şəxs saxlanılıb

Jan 14, 2026 - 20:58
 0  23
Tbilisidə qanlı hesablaşma: Qadını qətlə yetirən şəxs saxlanılıb
: :
playing

Tbilisinin Tovstonoqov küçəsində baş vermiş qanlı hadisənin təfərrüatları məlum olub.

Xeber.ge xeber  verir ki, Daxili İşlər Nazirliyi 38 yaşlı qadının qəsdən öldürülməsi faktı ilə bağlı 34 yaşlı kişinin saxlanıldığını açıqlayıb. İstintaqın ilkin versiyasına görə, hadisə tərəflər arasında yaranan münaqişə zəminində baş verib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu maddə 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Hazırda hadisənin başvermə səbəblərinin tam müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.