Tbilisidə qətl baş verib

Dec 31, 2025 - 19:36
 0  31
Tbilisidə qətl baş verib

Tbilisidə, Vake kortlarının yaxınlığında qətl hadisəsi baş verib.

Hadisə ilə bağlı məlumatı Daxili İşlər Nazirliyi “Tabula”ya təsdiqləyib.

Qurumun məlumatına görə, istintaq Cinayət Məcəlləsinin iki maddəsi üzrə başlanıb: 236-cı maddə - ov tüfəngi istisna olmaqla odlu silahın, döyüş sursatının, partlayıcı maddənin və ya partlayıcı qurğunun qanunsuz əldə edilməsi, saxlanması, daşınması, hazırlanması, göndərilməsi və ya satışı; həmçinin 108-ci maddə — qəsdən adam öldürmə.