Tbilisidə "Ori Tona" restoranının havalandırma sistemində baş verən tüstülənmə səbəbindən yanğınsöndürənlər səfərbər edilib

Oct 6, 2026 - 11:58
 0  17
Tbilisidə "Ori Tona" restoranının havalandırma sistemində baş verən tüstülənmə səbəbindən yanğınsöndürənlər səfərbər edilib

Tbilisidə, Kazbegi küçəsində yerləşən "Ori Tona" restoranının havalandırma sistemində tüstülənmə baş verib.

XEBER.GE xeber  verir ki, “Prime Time" nəşrinə bildirildiyinə görə, hadisə yerinə dərhal yanğınsöndürmə-xilasetmə xidmətinin əməkdaşları cəlb olunub və lazımi işlər həyata keçirilir.

Hazırda tüstülənmənin səbəbi və digər detallar hələlik məlum deyil.