Tbilisidə müəllimənin meyiti tapılıb

Mar 13, 2026 - 21:12
 0  16
Tbilisidə müəllimənin meyiti tapılıb

Tbilisiyə yaxın Tabaxmela kəndi ərazisində məktəb müəlliməsinin meyiti aşkar edilib.

Xeber.ge xeber  verir ki, hazırda hadisə yerində kriminalistlər tərəfindən genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir.

 TV Pirveli" telekanalının əldə etdiyi məlumata görə, işdə odlu silah faktı fiqurasiya edir — qadın odlu silahdan açılan atəş nəticəsində həyatını itirib.

  Məlumata görə, 50 yaşlı qadın səhər saatlarında işə getmək məqsədilə evdən çıxsa da, dərs keçmək üçün məktəbə gəlməyib. Bildirilir ki, mərhumun coğrafiya müəlliməsi kimi çalışdığı məktəbin direktoru artıq polis tərəfindən dindirilib.

  Hazırda hüquq-mühafizə orqanları hadisənin qəsdən adam öldürmə, yaxud intihar olduğunu müəyyənləşdirməyə çalışır. Faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.