Tbilisidə kəsişmələrdə "Yellow box" sisteminin tətbiqi başlana bilər

Oct 7, 2026 - 12:30
 0  16
Tbilisidə kəsişmələrdə "Yellow box" sisteminin tətbiqi başlana bilər

Tbilisidə yol hərəkətinin tənzimlənməsini yaxşılaşdırmaq məqsədilə yeni sistem tətbiq oluna bilər. Tbilisi Məclisinin iclasında şəhər meri Kaxa Kaladze Nəqliyyat və Şəhərsalma Agentliyinə Daxili İşlər Nazirliyi ilə birlikdə kəsişmələrdө "Yellow box" sisteminin tətbiqi istiqamətində işə başlamağı tapşırıb.

XEBER.GE xeber  verir ki, Kaxaladze qeyd edib ki, böyük nəqliyyat axını olan kəsişmələrdə sürücülərin işıqforun yaşıl işığına baxmayaraq tıxac zamanı yolayrıcını tutması və digər istiqamətlərdən hərəkətə mane olması zəncirvari tıxaclara səbəb olur. Beynəlxalq təcrübədə uğurla tətbiq edilən "Yellow box" işarələnməsi bu cür halların qarşısını almaq üçün effektiv üsul hesab olunur.

Gürcüstanın "Yol hərəkəti haqqında" qanununda işıqforun yaşıl işığında belə kəsişmədə dayanmaq ehtimalı olduğu halda oraya daxil olmağın qadağan olunduğu yazılsa da, bunun inzibatçılığı və icrası çətinliklər yaradır. Yeni sistemin tətbiqi bu sahədə nəzarəti gücləndirməyə və hərəkəti yüngülləşdirməyə xidmət edəcək.