Tbilisidə iri məbləğdə dələduzluq edən şəxs saxlanılıb

May 15, 2026 - 15:05
 0  8
Tbilisidə iri məbləğdə dələduzluq edən şəxs saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları paytaxt Tbilisidə külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən bir nəfəri saxlayıb.

Xeber.ge xəbər verir ki, saxlanılma barədə qərar məhkəmənin hökmü əsasında icra edilib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs zərərçəkmişə birgə biznes fəaliyyəti qurmaq vədi verib. O, bu bəhanə ilə vətəndaşdan 40 845 lari pul alıb.

Şübhəli şəxs əldə etdiyi vəsaiti biznesə yatırmaq əvəzinə, fırıldaqçılıq yolu ilə mənimsəyərək şəxsi ehtiyacları üçün istifadə edib.

Polisin keçirdiyi operativ tədbirlər nəticəsində həmin şəxs müəyyən edilərək təqsirləndirilən şəxs qismində saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin "b" bəndi (iri məbləğdə dələduzluq) ilə cinayət işi aparılır. Bu maddə üzrə təqsirləndirilən şəxsi 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.