Tbilisidə faciə - səkkizinci sinif şagirdi çuxura düşərək boğulub

Jan 29, 2025 - 15:26
 0  75
Tbilisidə faciə - səkkizinci sinif şagirdi çuxura düşərək boğulub
: :
playing

Xeber.ge xəbər verir ki, Tbilisidə faciə - 8-ci sinif şagirdi şəhərin mərkəzi meydanı olan Rike Parkında üstü açıq çuxura düşərək boğulub.

 
Məlumata görə, faciə yerində heç bir xəbərdarlıq nişanı və təhlükəsizlik tədbirləri görülməyib.
 
Məlum olub ki, səkkizinci sinif şagirdi musiqi dərsindən çıxandan sonra dostları ilə birlikdə istirahət etmək üçün parka gedib və təsadüfən üstü açıq çuxura düşüb. Dostları yeniyetməni xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər.