Tbilisidə bıçaqlanma hadisəsi: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Tbilisidə, “Ğrmağele” metro stansiyasının yaxınlığında baş verən qarşıdurma zamanı üç nəfər bıçaq xəsarəti alıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə 4 iyun tarixində, qarşılıqlı mübahisə zəminində baş verib.
Təcili tibbi yardım xidməti xəsarət alanları xəstəxanaya çatdırıb. Onlardan biri – 1983-cü il təvəllüdlü R.R. aldığı ağır bədən xəsarətləri nəticəsində klinikaya çatdırıldıqdan bir neçə dəqiqə sonra həyatını itirib.
İstintaqla müəyyən edilib ki, 1985-ci il təvəllüdlü Z.F. hadisə yerindən qaçmağa cəhd göstərib, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onu bir neçə saat ərzində isti izlərlə saxlayıblar. Cinayətin törədilməsində istifadə edilən bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin "l" bəndi ilə – iki və ya daha çox şəxsi öldürməyə cəhd maddəsi ilə aparılır. Bu cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
mənbə: interpress