Tbilisi sakinlərinin nəzərinə: Pasxa gecəsi nəqliyyat pulsuz olacaq
Tbilisi Meriyası Pasxa bayramı şənlikləri ilə əlaqədar paytaxtın ictimai nəqliyyatının iş qrafikində edilən dəyişiklikləri açıqlayıb.
Xeber.ge xəbər verir ki, paytaxt metrosu bayram gecəsi iş vaxtını uzadacaq.
Metro və avtobuslarda güzəştlər:
· Metro: 12 aprel tarixinədək Tbilisi metrosu saat 04:00-dək sərnişinlərə xidmət göstərəcək. Aprelin 11-i saat 23:00-dan aprelin 12-si saat 04:00-dək metro ilə gediş-gəliş pulsuz olacaq.
· Avtobuslar: Meriyanın qərarı ilə 12-13 aprel tarixlərində qəbiristanlıqlar istiqamətində 9 müvəqqəti avtobus marşrutu təşkil edilib. Bu avtobuslar saat 08:00-dan 20:00-dək sərnişinləri ödənişsiz daşıyacaq.
Xüsusi avtobuslar Muxatqverdi, Vaşlicvari, Kukiya, Yeni Kukiya, Maxata, Saburtalo, Qrmaqele, Veli və Varketili qəbiristanlıqlarına hərəkət edəcək. Sərnişinlər bu avtobuslara aşağıdakı nöqtələrdən minə bilərlər:
· "Marcanışvili", "Delisi", "Saracişvili", "Varketili" metro stansiyaları;
· "Didube" metrosunun yuxarı çıxışı;
· Vağzal meydanı ("Tbilisi Central"ın qarşısı);
· Besarion Çiçinadze küçəsi və Varketili III massivi.
Tbilisi Meriyası qeyd edib ki, qeyd olunan istiqamətlər üzrə avtobus xidmətləri iki gün ərzində vətəndaşlar üçün tamamilə pulsuz olacaq.