Polşada dəhşətli hadisə: 5 aylıq azyaşlı vəfat edib
Polşanın Poznan şəhərində ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən 5 aylıq uşaq dünyasını dəyişib.
Xeber.ge xəbər verir ki,
Cümə günü xəstəxanaya çatdırılan 5 aylıq körpənin kəllə sümüyünün sınığı və bədənində çoxsaylı hematomalar aşkar edilib. Həkimlər xəsarətlərin şiddətli döyülmə nəticəsində yarandığını ehtimal edirlər. Körpə dərhal əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Cinayət işi çərçivəsində üç nəfər saxlanılıb:
- Uşağın anası (Gürcüstan vətəndaşı);
- İki Moldova vətəndaşı (atanın tanışları).
Məlumata görə, hadisə baş verən zaman uşağın anası tibbi prosedurlar üçün Moldovada olub. O, körpəni kirayə qaldıqları mənzildə atası və onun iki dostu ilə birlikdə qoyub.
Saxlanılan şəxslərə qarşı qrup şəklində, qabaqcadan əlbir olaraq azyaşlıya qarşı zorakılıq və sağlamlığa ağır xəsarət yetirmə maddələri ilə ittiham irəli sürülüb. Polşa qanunvericiliyinə əsasən, onları 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hazırda Polşa polisi gizlənən atanın yerinin müəyyən edilməsi üçün genişmiqyaslı əməliyyat-axtarış tədbirlərini davam etdirir.