Tbilisi meri bölgədə hərbi əməliyyatlar səbəbindən Əbu-Dabidən Gürcüstana qayıda bilmir
Gürcüstanın paytaxtı Tbilisinin meri Kaxa Kaladzenin hazırda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə olduğunu açıqlanıb.
K.Kaladze həftəsonu Əbu-Dabidə səfərdə olub.
"Tbilisi meri həftəsonu Əbu-Dabidə idi. Mövcud vəziyyətlə əlaqədar olaraq o, hələlik təyyarə ilə uça bilmir", – deyə meriyadan bildirilib.
Qeyd edək ki, fevralın 28-dən etibarən İsrail-ABŞ və İran arasında qarşılıqlı hava hücumları davam edir. İran ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərində yerləşdiyi iddia olunan obyektlərinə də zərbələr endirir. Bununla əlaqədar regionda hava məkanı bağlanıbm
mənbə: report