Tamaz Tamaşaşvili kürəkəni İrakli Qaribaşvili ilə əlaqə qura bilmədiyini deyir
Evi bu gün prokurorluq tərəfindən axtarılan eks-baş nazir İrakli Qaribaşvili haradadır?!
Hökumətin sabiq rəhbərinin qayınatası Tamaz Tamaşaşvili "TV Pirveli"yə bildirib ki, eks-baş nazir ilə əlaqə qura bilmir.
Xeber.ge xeber verir ki, Qaribaşvilinin ailə üzvünün sözlərinə görə, onun evinə polis daxil olmayıb və o, bu gün yalnız qonaqları qəbul edib.
Bir neçə dəqiqə əvvəl məlum olub ki, İrakli Qaribaşvilinin, Qriqol Liluaşvilinin, Otar Parçxaladzenin və onlarla əlaqəli səkkiz nəfərin yaşayış evlərində axtarışlar aparılıb.
Prokurorluqda keçirilən brifinqdə Baş prokuror Giorgi Qvarakidze bildirib ki, müxtəlif elektron cihazlar, sənədlər və külli miqdarda pul vəsaiti götürülüb.