Qaribaşvili, Liluaşvili, Parçxaladzenin evlərində axtarışlar aparılıb

Oct 17, 2025 - 18:57
Oct 17, 2025 - 18:59
 0  44
Qaribaşvili, Liluaşvili, Parçxaladzenin evlərində axtarışlar aparılıb

Xeber.ge xeber  verir ki, İvanişvilinin baş prokurorunun sözlərinə görə, müxtəlif cinayət işləri üzrə davam edən istintaq çərçivəsində İrakli Qaribaşvili, Qriqol Liluaşvili və Otar Parçxaladzenin, həmçinin onlarla əlaqəli cəmi 8 nəfərin yaşayış və şəxsi axtarışları aparılıb.

"Xüsusilə yüksək ictimai maraq və cinayət işlərinin əhəmiyyətini nəzərə alaraq, ictimaiyyətə aşağıdakı məlumatı çatdırmaq istəyirəm.

Gürcüstan Baş Prokurorluğunun İstintaq Hissəsində, Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya və Dövlət Təhlükəsizliyi Departamentlərində müxtəlif cinayət işləri üzrə davam edən istintaq çərçivəsində bu gün səhər saat ondan başlayaraq bütün ölkə ərazisində eyni vaxtda 22 ünvanda genişmiqyaslı tədbir həyata keçirilib.

Birgə tədbir çərçivəsində Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin, DTX-nin keçmiş rəisi Qriqol Liluaşvilinin, keçmiş baş prokuror Otar Parçxaladzenin və onlarla əlaqəli cəmi 8 nəfərin yaşayış mənzillərində/evlərində və şəxsi axtarışları aparılıb.

Müxtəlif elektron qurğular, sənədlər və külli miqdarda pul vəsaiti götürülüb. Sözügedən işlər üzrə istintaq, prosessual və əməliyyat-axtarış tədbirləri fəal şəkildə davam etdirilir.

İstintaqın gedişi və nəticələri barədə ictimaiyyətə dövri olaraq əlavə məlumat veriləcək," – deyə baş prokuroru bildirib.