Salome Zurabişvili axtarış əməliyyatları seriyasına münasibət bildirib

Oct 17, 2025 - 20:01
 0  78
Salome Zurabişvili axtarış əməliyyatları seriyasına münasibət bildirib

Gürcüstanın beşinci Prezidenti sosial şəbəkə X-də axtarış əməliyyatları seriyasına münasibət bildirib.

Xeber.ge xeber  verir ki, Salome Zurabişvili yazır ki, "rejimin vətəndaş cəmiyyətini təqib etməsi onun özünü məhv etməsinə bərabərdir".

Xatırladaq ki, İrakli Qaribaşvilinin, Qriqol Liluaşvilinin, Otar Parçxaladzenin və onlarla əlaqəli səkkiz nəfərin yaşayış evlərində axtarışlar aparılıb.

Prokurorluqda keçirilən brifinqdə Baş prokuror Giorgi Qvarakidze bildirib ki, müxtəlif elektron cihazlar, sənədlər, sənədləşmə və külli miqdarda pul vəsaiti götürülüb.