Taksi sürücüsü əlilliyi olan yeniyetməyə təcavüz edib

Feb 25, 2026 - 10:41
Feb 25, 2026 - 11:00
 0  15
Taksi sürücüsü əlilliyi olan yeniyetməyə təcavüz edib

Gürcüstanın hüquq-mühafizə orqanları Qori bələdiyyəsi ərazisində yeniyetməyə qarşı cinsi zorakılıq törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Xeber.ge xəbər verir ki, istintaq nəticəsində taksi sürücüsü işləyən M.X.-nın meşəlik massivdə fiziki məhdudiyyətli (əlillik statusu olan) yeniyetməyə qarşı cinsi xarakterli zorakı hərəkətlər etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində şübhəli şəxs hakim qərarı əsasında tutulub. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsinin 4-cü hissəsinin "q" bəndi (müdafiəsiz vəziyyətdə olan və ya fiziki məhdudiyyətli şəxsə qarşı zorakılıq) ilə cinayət işi başlanılıb.

Qeyd olunan maddə üzrə təqsirləndirilən şəxsi 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. Hazırda hadisənin təfərrüatları ilə bağlı genişmiqyaslı istintaq hərəkətləri davam etdirilir.