Suriya rus bazalarını bir şərtlə saxlayacaq
Suriyada hakimiyyətə gələn qüvvələr Rusiyayla əməkdaşlığa hazırdır.
Xeber.ge xəbər verir ki, bu barədə Yaxın Şərq Araşdırmaları Mərkəzinin rəhbəri Murad Sadıqzadə bildirib.
Sadıqzadənin fikrincə, Rusiyanın Suriyadakı hərbi bazalarının mövcudluğu üçün ödəniş tətbiq oluna bilər, çünki yeni hakimiyyət maliyyə vəsaitinə ehtiyac duyur.
“Xatırladım ki, İdlibdə gərginlik başlayanda müxalif qruplar bəyan etmişdilər ki, hakimiyyətə gəlsələr, Rusiya və Çinlə əməkdaşlığı davam etdirməyə hazırdırlar. Şübhəsiz ki, bu gün regionda Rusiya əsas oyunçulardan biridir və onunla yaxşı münasibətlər qurmaq məqsədəuyğundur. Suriyayla əməkdaşlıq digər dövlətlərlə münasibətlərin inkişafına da şərait yaradır. Hazırda regionda nəzarəti ələ keçirən müxalifət vəziyyəti öyrənir”.
Qeyd edək ki, Bəşər Əsədin Moskvaya qaçmasına baxmayaraq, müxalifət Rusiya ilə yaxşı münasibətlərə ümid etdiyini bildirib. Bundan əlavə, Suriyadakı Rusiya hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə də zəmanət verilib.
mənbə: axar.az