Qəzzada bu günə qədər mindən çox həkim həlak olub
2023-cü ilin oktyabrından bəri Fələstin-İsrail münaqişəsində mindən çox həkim həlak olub.
Xeber.ge xəbər verir ki, bu haqda Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik dəqiq sayı açıqlayaraq münaqişənin başlandığı gündən bu yana döyüş əməliyyatları nəticəsində həlak olan həkimlərin ümumi sayının 1057 nəfərə çatdığını bildirib.
mənbə: apa.az