Statusu dayandırılmış tələbələrə şad xəbər

Aug 20, 2026 - 16:13
 0  16
Statusu dayandırılmış tələbələrə şad xəbər

Ali təhsil reforması çərçivəsində universitetin tələbə qəbulu hüququ məhdudlaşdırılan təhsil proqramlarında statusu dayandırılmış tələbələrə, statusun bərpasına imtina edildiyi təqdirdə köçürülmə (mobillik) hüququ verilir. Bu barədə məlumatı Təhsilin İdarəolunması İnformasiya Sistemi (EMIS) yayır.

XEBER.GE xeber  verir ki, qurumun məlumatına görə, dəyişikliyə əsasən, 2026–2027-ci tədris ili üçün dövlət tərəfindən təsis edilmiş ali təhsil müəssisələrinin qəbul hüququ olan təhsil proqramları və tələbə sayı müəyyən edilib.

"Müvafiq olaraq, universitetin tələbə qəbulu hüququ məhdudlaşdırıldığı üçün statusun bərpasından imtina cavabı alan və statusu dayandırılmış tələbələrə 2026–2027-ci tədris ilində köçürülmə hüququ verilir. Onlar təhsil müddətinin uzunluğundan asılı olmayaraq, təhsillərini başqa ali təhsil müəssisəsində davam etdirə bilərlər.

Mobillik hüququndan yararlanmaq üçün tələbə ərizə ilə Təhsilin İdarəolunması İnformasiya Sisteminə müriaciət etməlidir. Ərizə əsasında EMIS tələbənin müəyyən edilmiş qayda və müddətlərə uyğun olaraq mobillik prosesində iştirakını təmin edəcək.

2026–2027-ci tədris ilinin payız semestri üzrə mobillik portalında qeydiyyat avqustun 24-də başlayacaq və sentyabrın 8-i saat 18:00-dək davam edəcək.

Əlavə məlumat üçün Təhsilin İdarəolunması İnformasiya Sistemi ilə (+995 32) 2 200 220 telefon nömrəsi və ya info@emis.ge elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz".