Silahlı insident – iki nəfər saxlanıldı

Aug 24, 2025 - 12:48
 0  48
Silahlı insident – iki nəfər saxlanıldı
: :
playing

Tetrisçxaro rayonunda baş verən silahlı insidentlə bağlı iki nəfər polis tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Məlumatına görə, 1988-ci il təvəllüdlü A.B. və əvvəllər məhkum olunmuş, 1969-cu il təvəllüdlü P.E. qrup halında zorakılığın təşkilində və iştirakında ittiham olunur.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər əvvəllər mövcud olmuş münaqişənin zəminində, hesablaşma məqsədilə, 1982-ci il təvəllüdlü N.B.-ni Tetrisçxaro rayonda döyüb və odlu silahla ona güllə yarası yetiriblər. Hadisədən sonra isə ərazidən qaçıblar.

Yaralı xəstəxanaya yerləşdirilib.

Polis həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində hər iki şübhəlini hadisədən bir neçə saat sonra saxlayıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin ikinci hissəsi ilə istintaq aparılır.

mənbə: interpress