Silahlı insident – iki nəfər saxlanıldı

Tetrisçxaro rayonunda baş verən silahlı insidentlə bağlı iki nəfər polis tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumatına görə, 1988-ci il təvəllüdlü A.B. və əvvəllər məhkum olunmuş, 1969-cu il təvəllüdlü P.E. qrup halında zorakılığın təşkilində və iştirakında ittiham olunur.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər əvvəllər mövcud olmuş münaqişənin zəminində, hesablaşma məqsədilə, 1982-ci il təvəllüdlü N.B.-ni Tetrisçxaro rayonda döyüb və odlu silahla ona güllə yarası yetiriblər. Hadisədən sonra isə ərazidən qaçıblar.
Yaralı xəstəxanaya yerləşdirilib.
Polis həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində hər iki şübhəlini hadisədən bir neçə saat sonra saxlayıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin ikinci hissəsi ilə istintaq aparılır.
mənbə: interpress