Şeyx BGMİ-nin Qadınlar İcması ilə görüş keçirib

Oct 24, 2025 - 12:18
 0  55
Şeyx BGMİ-nin Qadınlar İcması ilə görüş keçirib

Xeber.ge xəbər verir ki, bu gün Tbilisidə yerləşən Alulbeyt Mərkəzində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) Şeyxi Hacı Faiq Nəbiyevin iştirakı ilə idarəyə bağlı Qadınlar İcmasının üzvləri ilə görüş keçirilib.

Toplantıda icma xanımları 2025-ci ildə gördükləri işləri və sosial fəaliyyətləri əhatə edən “Müsəlman Qadınlar İcmasının Fəaliyyəti və

Dəyərləndirilməsi” adlı anketi doldurublar. Bu təşəbbüs, qadın icmasının fəaliyyətini təhlil etmək və növbəti illər üçün daha məqsədyönlü planlar

hazırlamaq məqsədi daşıyır.

Görüşdə yaxın dövrdə keçiriləcək mərasimlər, eləcə də “Muslimmedia” platforması və BGMİ-nin yeni istifadəyə verilən “Ailemiz.biz” saytında

qadınların daha fəal iştirakı istiqamətində təkliflər müzakirə olunub.

Bununla yanaşı, Həzrəti Fatimə (s.ə) günləri ilə əlaqədar həyata keçiriləcək 20 günlük səyyar təbliğat proqramı barədə ətraflı danışılıb və hazırlıq

işlərinə başlanılması qərara alınıb.

Tədbirin sonunda BGMİ-nin Şeyxi Hacı Faiq Nəbiyev icma üzvlərinə uğurlar arzulayaraq, onların fəaliyyətini yüksək qiymətləndirib və bu işlərin

Gürcüstan müsəlman cəmiyyətinin mənəvi inkişafında mühüm rol oynadığını vurğulayıb.