Senakidə üç nəfərə bıçaq xəsarəti yetirən şəxs Tbilisidə ələ keçdi

Nov 15, 2026 - 11:58
 0  9
Senakidə üç nəfərə bıçaq xəsarəti yetirən şəxs Tbilisidə ələ keçdi

Tbilisidə polisin keçirdiyi tədbirlər nəticəsində Senakidə üç nəfərə bıçaqla xəsarət yetirərək gizlənən və beynəlxalq/ölkədaxili axtarışda olan şəxs saxlanılıb.

XEBER.GE xeber  verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, əvvəllər məhkum olunmuş şəxs cari ilin oktyabr ayında Senaki bələdiyyəsinin kəndlərinin birində aralarında yaranmış münaqişə zəminində soyuq silahdan istifadə edərək üç nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları tərəfindən şəxsiyyəti müəyyən edilərək barəsində axtarış elan olunmuşdu. Nəticədə axtarışda olan şəxs Tbilisidə yaxalanıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci (qəsdən adam öldürməyə cəhd) və 120-ci (sağlamlığa qəsdən yüngül zərər vurma) maddələri ilə istintaq aparılır. Təqsirləndirilən şəxsi 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.