Saxta qızıl girov qoyaraq dələduzluq edən 2 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon İdarəsinin əməkdaşları, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dələduzluq törədilməsi ittihamı ilə 2 nəfəri saxlayıblar.
XEBER.GE xeber verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Rustavi və Qardabanidə yerləşən mikromaliyyə təşkilatına müxtəlif vaxtlarda aldadıcı yolla saxta qızıl əşyaları girov qoyaraq pul vəsaitlərini dələduzluq yolu ilə mənimsəyiblər.
Mikromaliyyə təşkilatlarına dəymiş ziyan ümumilikdə 59 870 lari təşkil edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsləri təqsirləndirilən şəxs qismində saxlayıblar, saxlanılanlara məxsus avtomobil və yaşayış mənzilində aparılan axtarış nəticəsində isə qanunsuz yolla mənimsənilmiş pul vəsaitini maddi sübut kimi götürüblər", — qurum yazır.
Qurumun məlumatına görə, istintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin "a" və 3-cü hissəsinin "b" bəndləri ilə aparılır ki, bu da 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.