"Sabiq vitse-premyer Davitaşvili: 'Gələn həftə yenidən ölkədən gedəcəyəm'"

Feb 18, 2026 - 21:08
 0  6
"Sabiq vitse-premyer Davitaşvili: 'Gələn həftə yenidən ölkədən gedəcəyəm'"

Gürcüstanın sabiq iqtisadiyyat naziri və keçmiş vitse-premyer Levan Davitaşvili "Formula" telekanalına verdiyi açıqlamada ölkəni tərk etdiyini təsdiqləyib, lakin yaxın günlərdə geri dönəcəyini bildirib.

  Xeber.ge xeber  verir ki, sabiq nazir səfərinin xidməti fəaliyyəti ilə bağlı olduğunu vurğulayıb: "Mən qaçmamışam, bir gün sonra geri dönürəm. Növbəti 3 həftə ərzində işimlə əlaqədar 4 dəfə ölkədən kənara çıxmalı olacağam. Şəxsi biznesimlə məşğulam və bu səfərlər əvvəlcədən planlaşdırılıb.

 Burada spekulyasiyaya yer yoxdur".