Rustavidə restorandakı mübahisə ölümlə nəticələndi

Jun 11, 2026 - 10:53
 0  29
Rustavidə restorandakı mübahisə ölümlə nəticələndi

Rustavi şəhərinin "İmperiya" restoranında başlayan mübahisə faciə ilə başa çatıb.

 Şifahi mübahisə daha sonra küçədə davam edərək fiziki qarşıdurmaya çevrilib.

Xeber.ge xəbər verir ki, hadisə şahidlərin verdiyi məlumata görə, münaqişə zamanı 45 yaşlarında olan kişi yaxınlıqdakı supermarketin qarşısında yıxılaraq başını beton örtüyə vurub. Nəticədə həmin şəxs ağır kəllə-beyin travması alıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Həkimlər zərərçəkənə ilkin tibbi yardım göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Hadisənin dəqiq təfərrüatları və qarşıdurmanın hansı səbəbdən başlaması aparılan istintaq zamanı müəyyən ediləcək.

Hadisə ilə bağlı əlavə təfərrüatlar məlum olduqca məlumat yenilənəcək.