Rustavidə 12 yaşlı qız 3-cü mərtəbənin balkonundan yıxılıb

Oct 13, 2026 - 14:20
 0  78
Rustavidə 12 yaşlı qız 3-cü mərtəbənin balkonundan yıxılıb

Rustavidə 19-cu mikrorayonda yerləşən yaşayış binalarından birinin 3-cü mərtəbəsinin balkonundan 12 yaşlı qız yıxılıb. Bu barədə məlumatı "Info Rustavi" nəşri yayıb.

XEBER.GE xeber  verir ki, məlumata görə, yeniyetmə dərhal təcili tibbi yardım heyəti tərəfindən "Rustavi" klinikasına çatdırılıb.

12 yaşlı qız xəstəxanaya gətirilərkən huşlu və kontaktlı vəziyyətdə olub.

Agentlik bildirir ki, pasiyent hazırda həkim nəzarətindədir və ona müvafiq tibbi müayinələr aparılır.