Rusiyaya aid təyyarə Türkiyə hava limanında alovlandı - VİDEO
Rusiya Federasiyasının Baş Konsulluğu Türkiyədə sərt enişdən sonra alovlanan Superjet təyyarəsinin sərnişinlərinə yardım göstərildiyini açıqlayıb.
Xeber.ge xəbər verir ki, məlumat diplomatik missiyanın teleqram kanalında yerləşdirilib.
"Yanğın nəticəsində beynəlxalq pasportu olmayan on rusiyalının Türkiyə ərazisinə buraxılması məsələsi Türkiyə tərəfi ilə həll olunub", - konsulluqdan bildirilib.
Diplomatın sözlərinə görə, Rusiya Federasiyasına ehtiyat reyslə qayıtmağı gözləyən ruslar oteldə yerləşdirilib, bəziləri isə hava limanında baqajlarını qəbul etməyi gözləyiblər - onlara yemək verilib. Hadisə ilə əlaqədar Baş Konsulluq təcili telefon nömrəsi açıb.
Bundan əvvəl Antalyada yanan təyyarənin sərnişini Rusiyanın "Azimut" aviaşirkətinə məxsus təyyarənin Antalya hava limanına enərkən uzun müddət enişdə çətinlik çəkdiyini bildirib.
Noyabrın 24-ü axşam saatlarında Türkiyə hava limanına eniş edən Superjet 100 təyyarəsi yanıb. Təyyarə Soçidən Antalyaya uçurdu. Təyyarə çətin hava şəraitində eniş edib. Yanğın yerə endikdən dərhal sonra başlayıb. Hadisə şahidləri bildiriblər ki, eniş zamanı kəskin zərbə hiss ediblər, daha sonra təyyarədən yanacağın töküldüyünü görüblər. Türkiyə hava limanının sözçüsü bildirib ki, təyyarənin mühərriki yanıb.
mənbə: baku.ws