Rusiya Gürcüstanda istehsal olunan "Nabeglavi" mineral suyunun və "Coca-cola" idxalını qadağan edib

Oct 10, 2026 - 17:36
 0  21
Rusiya Gürcüstanda istehsal olunan "Nabeglavi" mineral suyunun və "Coca-cola" idxalını qadağan edib

Rospotrebnadzor Gürcüstanda istehsal olunan "Nabeglavi" mineral suyunun və "Coca-cola" idxalını qadağan edib.

Rospotrebnadzor-un yaydığı sənədə əsasən, Avrasiya İqtisadi Komissiyası Şurasının qərarına uyğun olaraq, orqanoleptik, fiziki-kimyəvi və təhlükəsizlik göstəriciləri üzrə müəyyən edilmiş tələblərə cavab verməyən məhsulların ölkəyə idxalının və utilizasiyasının dayandırılması üçün müvəqqəti sanitariya tədbiri tətbiq edilib.

Rusiyanın Gürcüstandan "Nabeglavi" mineral suyu və "Coca-cola" ilə yanaşı bir sıra şərab markalarının da idxalına qadağa qoyub.

mənbə: apa