Restoran qarşısında baş verən dava ölüm hadisəsi ilə nəticələndi — 3 nəfər saxlanılıb

Jun 11, 2025 - 13:34
 0  62
Restoran qarşısında baş verən dava ölüm hadisəsi ilə nəticələndi — 3 nəfər saxlanılıb
: :
playing

Tbilisinin Qldani-Nadzaladevi idarəsində dindirilmə zamanı bir nəfərin halı pisləşib və xəstəxanaya yerləşdirildikdən sonra vəfat edib.

Bu barədə daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə məlumat verib.

Nazir müavininin sözlərinə görə, dünyasını dəyişən şəxs dava zamanı bədəninin müxtəlif nahiyələrindən, o cümlədən başından xəsarətlər alıb.

İnsident 7 iyun tarixində paytaxtdakı restoranlardan birinin yaxınlığında baş verib. 1998-ci il təvəllüdlü S.U. və 1996-cı il təvəllüdlü D.S. 1987-ci il təvəllüdlü A.Q.-ya bədəninin müxtəlif nahiyələrindən, o cümlədən başından xəsarət yetiriblər.

Daraxvelidzenin sözlərinə görə, hadisə baş verdikdən sonra həm mübahisədə iştirak edən şəxslər, həm də şahidlər hadisə yerini tərk ediblər. İstintaq tədbirləri çərçivəsində insidentdə iştirak edən bütün şəxslər Qldani-Nadzaladevi idarəsinə gətirilib.

İlkin araşdırmalara əsasən, restoran ərazisində başlayan mübahisə fiziki qarşıdurmaya çevrilib. Qarşıdurma zamanı A.Q. bıçaqdan istifadə edərək S.U. və D.S.-yə xəsarət yetirib. A.Q.-nun müşayiətində olan İ.T. isə S.U. və D.S.-yə fiziki zor tətbiq edib.

İstintaq zamanı A.Q. idarədə qısa müddət ərzində halını itirib və huşunu itirib. Polis əməkdaşları dərhal təcili tibbi yardım çağırıb və o, xəstəxanaya çatdırılıb. İki gün sonra A.Q. xəstəxanada dünyasını dəyişib. Hadisə barədə dərhal xüsusi istintaq xidmətinə məlumat verilib.

Polis tərəfindən qrup halında zorakılıq ittihamı ilə 3 nəfər saxlanılıb və məhkəmə onların barəsində həbs-qətimkan tədbiri seçib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi – qəsdən ağır bədən xəsarəti yetirmə – üzrə aparılır.

mənbə: interpress