Qərbi Gürcüstanda çətin hava şəraiti nə vaxtadək davam edəcək?

Fevralın 27-dək Qərbi Gürcüstanda qeyri-sabit hava şəraiti davam edəcək.
Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Sinoptiklərin proqnozuna əsasən, intensiv qar yağışı, azalmış görünüş məsafəsi, qar fırtınası, buzlanma və qar uçqunu təhlükəsi bəzi avtomobil yollarında nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına səbəb ola bilər.
“Meteoroloji şəraitin pisləşməsi ilə əlaqədar olaraq, ölkənin yüksək dağlıq bölgələrində qar uçqunu riski yüksək olaraq qalır. Eyni zamanda, yolların buz bağlaması, elektrik xətlərində donlaşma və bəzi təpəlik ərazilərdə torpaq sürüşməsi mümkündür.
Qar fırtınası və çətin hava şəraiti səbəbindən nəqliyyat vasitələrinin hərəkəti bəzi yol hissələrində məhdudlaşdırıla bilər. (Təhlükə səviyyəsi yüksəkdir)” – deyə məlumatda bildirilir.
mənbə: interpress