Qutaisidə anasını evi yandırmaqla hədələyən kişi saxlanıldı
Qutaisidə anasını evi yandırmaqla hədələyən kişi saxlanılıb. Daxili İşlər Nazirliyi məlumatı "Tabula"ya təsdiqləyib.
XEBER.GE xeber verir ki, yerli "Info Imereti" mediasının bildirdiyinə görə, həmin kişi qarovulçu işləyirmiş və hüquq-mühafizə orqanlarının əməkdaşları onu mühafizə etdiyi obyektdə saxlayıblar.
DİN-in məlumatına görə, saxlanılan şəxsə Cinayət Məcəlləsinin 11 prima 151-ci maddəsi ilə ittiham irəli sürülür. Bu maddə ailə üzvünə qarşı həyata son qoyma, sağlamlığa xəsarət yetirmə və ya əmlakı məhv etmə hədəsini nəzərdə tutur. Sözügedən cinayət cərimə, 120 saatdan 180 saatadək müddətə ictimai işlər, 1 ilədək müddətə islah işləri, 6 aydan 2 ilədək müddətə ev həbsi və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə (silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz) ilə cəzalandırılır.