Qurcaanidə atışma: Polisin atası ilə "hesablaşmağa" gələn şəxs güllələndi

Jul 10, 2026 - 13:23
 0  17
Qurcaanidə atışma: Polisin atası ilə "hesablaşmağa" gələn şəxs güllələndi

Qurcaani bələdiyyəsinin Vecini kəndində bir nəfərin odlu silahdan açılan atəşlə yaralanması ilə nəticələnən insident baş verib.

XEBER.GE xəbər verir ki, bu barədə məlumatı "Mtavari Ambebi Kaxetidan" regional nəşri yayıb. Hadisə ötən gecə gec saatlarda qeydə alınıb.

  Yerli sakinlərin verdiyi məlumata görə, silahlı insidentdə Qurcaani Polis Departamentinin əməkdaşı Vaxtanq Mtivlişvili iştirak edib.

 Mənbələrin yaydığı ilkin məlumatlara görə, hadisələrin xronologiyası belə olub:

Qonşu Çumlaqi kəndindən bir qrup şəxs hələlik məlum olmayan səbəbdən məsələni "həll etmək" məqsədilə polisin atası Mixail Mtivlişvilinin Vecini kəndindəki evinə gəlib.

Tərəflər arasında başlayan şifahi mübahisə qısa müddətdə fiziki qarşıdurmaya çevrilib.

Bu zaman hadisə yerində olan polis əməkdaşı Vaxtanq Mtivlişvili atasını müdafiə etmək məqsədilə odlu silahdan atəş açaraq gələnlərdən birini yaralayıb.

Güllə yarası alan şəxs dərhal Qurcaanidəki "Geo Hospitals" klinikasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, pasiyentin bud nahiyəsindən güllə yarası aldığı müəyyən edilib.

Ona lazımi cərrahi və tibbi yardım göstərilib, hazırda həyatı üçün hər hansı bir təhlükə yoxdur.

Fəaliyyətdə olan polis əməkdaşının saxlanılıb-saxlanılmadığı hələlik rəsmən açıqlanmır.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsinin birinci hissəsi (Sağlamlığa qəsdən yüngül zərər vurma) ilə istintaq başladılıb. İşin gedişatında maddənin ağırlaşdırılacağı istisna olunmur.