Qoridə mikroavtobus oğurlayan şəxs isti izlərlə yaxalanıb
Gürcüstanın Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Qori rayon idarəsinin əməkdaşları nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxsi saxlayıblar.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, 25 yaşlı gənc Qori bələdiyyəsinin kəndlərindən birində park edilmiş və özgəsinə məxsus mikroavtobusu oğurlayaraq hadisə yerindən qaçıb.
Polis tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs hadisədən az sonra saxlanılıb. Oğurlanmış nəqliyyat vasitəsi maddi sübut kimi müsadirə edilərək sahibinə qaytarılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinin "d" bəndi (nəqliyyat vasitəsinin oğurlanması) ilə istintaq aparılır. Bu maddə üzrə təqsirləndirilən şəxsi 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.