Qoridə güllələnən ikinci şəxs də dünyasını dəyişib

28 aprel tarixində Qori şəhərində güllələnmiş ikinci şəxs də vəfat edib.
Yaralı şəxs "Qorimed" klinikasına yerləşdirilmişdi. Klinikada onun ölümü ilə bağlı məlumat Netgazeti-yə təsdiqləyiblər.
“Qartli Ambebi”nin məlumatına görə, ötən günü səhər saat 10:00 radələrində Qoridə ata və oğul güllələnib. Oğlu yerindəcə, ata isə xəstəxanada dünyasını dəyişib. Hadisə “Qalleria” ticarət mərkəzinin yaxınlığında baş verib.
Gürcüstan Daxili İşlər Nazirliyindən "Netqazetə"yə bildiriblər ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsi ilə istintaq başlanıb. Həmin maddə ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməyə cəhdi nəzərdə tutur.
Şübhəli şəxs hadisədən dərhal sonra saxlanılıb.
Məlumata görə, saxlanılan şəxs və qətlə yetirilənlər “Qalereya”da mağaza sahibi olublar.
mənbə: marneulifm