Qoca kişi və qadınların orucu

“Qoca kişi və qadınların orucu” barədə böyük mərcə təqlid Ayətullah Əl Üzma Seyid Sistaniyə sual ünvanlanıb.
Sual və cavabı təqdim edirik:
Sual: Qoca kişi və qadınların orucunun hökmü nədir?
Cavab: Əgər oruc tutmaq onları dözülməsi son dərəcə çətin vəziyyətə salsa, oruc tutmaq lazım deyil və tutduqları orucların qəzası yoxdur. Lakin onlar hər gün üçün fidyə verməlidirlər. Amma oruc tutmaq heç mümkün deyilsə, qəzasını tutmaq vacib deyil və fidyə vermək də lazım deyil.
mənbə: azshafaqna.com