Qardabani şəhərində Xanım Zəhranın şəhadət məclisi keçirildi
Bu gün Gürcüstanın Qardabani şəhərində Xanım Zəhranın şəhadət məclisi keçirildi. Məclisdə şəhər sakinləri ilə yanaşı ətraf
məntəqələrdən gələn inanclılar iştirak edib.
Qurani Kərimin ayələri tilavət edildikdən sonra BGMİ nin şeyxi Hacı Faiq Nəbiyev, Xanım Zəhranın həyatı və o xanımın üstünlükləri
haqqında danışıb.
Daha sonra Azərbaycandan və İrandan gələn Əhli beyt məddahlarının rövzə və mərsiyyələri ilə məclis sona çatdırılır.
Məclisin sonunda Xanım Zəhranın adına ehsan süfrəsi açılıb.