Qardabani Meriyanın şöbə rəisi həbs edilib
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti prokurorluq orqanları ilə koordinasiyalı şəkildə keçirdiyi əməliyyat nəticəsində Qardabani bələdiyyə meriyasının vəzifəli şəxsini rüşvət alarkən saxlayıb.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, dövlət məmuru öz xidməti vəzifələrini icra edərkən dövlət satınalmaları çərçivəsində tərtib edilmiş gizli işlərin aktlarının imzalanması müqabilində rüşvət tələb edib. Bildirilir ki, o, sənədlərin təsdiqlənməsi üçün qarşı tərəfdən 500 lari məbləğində pul istəyib və həmin məbləği alıb.
Məmur rüşvəti alarkən cinayət başında yaxalanıb. İstintaq orqanı tərəfindən həmin pul vəsaiti maddi sübut kimi götürülərək işə tikilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci hissəsi (Rüşvət alma) ilə istintaq aparılır. İttiham sübuta yetirilərsə, saxlanılan şəxsi 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.