Qadına qarşı fiziki zorakılığa görə bir kişi həbs edilib

Nov 8, 2025 - 11:20
 0  19
Qadına qarşı fiziki zorakılığa görə bir kişi həbs edilib

Ailə üzvünə qarşı hədə-qorxu və məcbur etmə ittihamı ilə bir nəfər – 1981-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Z.D. saxlanılıb.

Xeber.ge xeber  verir ki, DİN-in məlumatına görə, istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən Z.D. tanışı, 1992-ci il təvəllüdlü T.Ç.-ni təhqir edib, ona qarşı fiziki zorakılıq tətbiq edib və onu öldürməklə hədələyib.

Axtarış zamanı saxlanılan şəxsin evindən və qarajından “Alfa-PVP” adlı narkotik maddə, odlu silah, qumbara, daraq və 5 patron aşkar edilərək götürülüb.

Qurumun məlumatına əsasən, Z.D.-yə ailə üzvünə qarşı hədə-qorxu, məcbur etmə, narkotik vasitə və odlu silahın qanunsuz əldə edilməsi və saxlanılması ittihamı irəli sürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 11-prim 150-ci, 11-prim 151-ci, 260-cı və 236-cı maddələri ilə aparılır.