Qəzzada xəstəxanaların ən azı 94%-i qismən və ya tamamilə dağılıb

Qəzza zolağındakı bütün xəstəxanaların ən azı 94%-i zədələnib və ya dağıdılıb, anklavın şimalında insanların heç bir tibbi xidmətə çıxışı demək olar ki, yoxdur.
Xeber.ge xəbər verir ki,
Qeyd olunub ki, Qəzza zolağındakı 36 xəstəxanadan yalnız 19-u ciddi dərman və tibb işçilərinin çatışmazlığına, eyni zamanda təhlükəsizlik problemlərinə baxmayaraq fəaliyyətini davam etdirir.
Onlardan yalnız 12-si müxtəlif tibbi xidmətlər göstərir, qalanları isə yalnız əsas və təcili yardım göstərə bilir.
“Qəzza zolağındakı bütün xəstəxanaların ən azı 94%-i zədələnib və ya dağılıb. 2025-ci il martın 18-də anklavda hərbi əməliyyatların bərpasından bu yana ÜST-nin səhiyyə obyektlərinə 28, 2023-cü ilin oktyabrından isə ən azı 697 belə hücum qeydə alıb”.
mənbə: report.az