Gürcüstan aprel ayında turizmdən nə qədər qazanıb?

May 23, 2025 - 10:14
 0  16
Gürcüstan aprel ayında turizmdən nə qədər qazanıb?

Galt & Taggart investisiya şirkətinin araşdırmasına görə, 2025-ci ilin aprelində Gürcüstanın turizm gəlirləri 300 milyon dollar təşkil edib.

Xeber.ge xəbər verir ki, 2025-ci ilin yanvar-aprel aylarında ölkənin turizmdən əldə etdiyi gəlir ötən ilin müvafiq dövrü ilə müqayisədə artmayıb.

Ümumilikdə, Galt & Taggart dörd ay ərzində Gürcüstanda turizm gəlirlərinin 1,1 milyard ABŞ dolları təşkil etdiyini təxmin edir. 

Ekspertlərin hesablamalarına görə, 2025-ci ildə bu gəlir 4,5 milyard ABŞ dollarına çatacaq.