Qəzzada qırğın davam edir: Bir gecədə…

İsrail 18 martdan etibarən Qəzza sektoruna qarşı hərbi təcavüzünü bərpa edib.
Xeber.ge xəbər verir ki, nəticədə hər gün çox sayda günahsız fələstinli İsrail ordusu tərəfindən qətlə yetirilir.
Təkcə bu gecə ərzində İsrail Qəzza sektorunda azı 35 dinc sakini öldürüb, həmçinin çox sayda insanı da yaralayıb.
Xatırladaq ki, 19 yanvardan atəşkəs rejimi qüvvəyə minmişdi. İsrail isə 18 martda bu rejimi pozaraq şiddətli bombardmanlarını bərpa edib.
18 mart günündən bəri ümumilikdə 470-dən çox günahsız qəzzalı qətlə yetirilib ki, onları da böyük əksəriyyətini qadınlar və uşaqlar təşkil edir; 700-dən çox sakin də yaralanıb.
Digər bir mənbənin məlumatına görə isə, İsrail son 2-3 gündə 710 günahsız qəzzalını qətlə yetirib, 900-dən çoxunu isə yaralayıb.
mənbə: az.shafaqna.com