"Publika" nəşri Şalva Papuaşvilinin bəyanatına münasibət bildirib

Feb 2, 2025 - 14:04
 0  22
"Publika" nəşri Şalva Papuaşvilinin bəyanatına münasibət bildirib

"Publika" nəşri Şalva Papuaşvilinin son bəyanatına cavab olaraq, onun "redaksiya müstəqilliyinə təzyiq göstərdiyini, onlara  qarşı nifrət və zorakılığa təşviq etdiyini" bildirib.

Nəşrin əməkdaşları Papuaşvilinin bu çıxışını təhdid olaraq qiymətləndirir.

"Publika" qeyd edir ki, onlar jurnalistlik fəaliyyətləri çərçivəsində ölkədəki hadisələri, o cümlədən etiraz aksiyalarını işıqlandırır və elan edirlər. Bu gün "Publika" da beynəlxalq əhəmiyyətə malik yolların strateji obyektlər siyahısına daxil edilməsini və bu yolların bağlanmasının cinayət olduğunu açıqlayıb. Eyni zamanda, Daxili İşlər Nazirliyinin sabah üçün elan edilən aksiyaya dair qabaqlayıcı bəyanatı da yayımlayıb. 

"Şalva Papuaşvili bizim redaksiya müstəqilliyimizə təzyiq göstərməyə çalışır, bizə qarşı nifrət və zorakılığı təşviq edir ki, bunu onun postlarına verilən şərhlər də sübut edir. Biz, "Publika"nın əməkdaşları, bu bəyanatı təhdid olaraq qəbul edirik", - deyə nəşrin açıqlamasında qeyd olunub.

Qeyd edək ki, Parlamentin sədri Şalva Papuaşvili sosial şəbəkədə "Publika"nı "cinayət hərəkətlərini reklam etməkdə" ittiham edib. 

mənbə: interpress