"Avtomagistralın bağlanması cinayət əməlidir"
Avtomagistralın bağlanması cinayət əməlidir. O, əlavə edib ki, Avropa İttifaqının səfirliyi, maliyyələşdirici qurum olaraq, əvvəlcədən elan edilmiş cinayət əməlinin nəticələrinə görə məsuliyyət daşıyır.
Bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədəki hesabında bildirib.
Papuaşvili qeyd edib ki, maliyyələşdirən qurum, özündən maliyyələşən təşkilatların qanunlara riayət etməsinə görə cavabdehdir. "Publika" adlı təşkilat, Avropa İttifaqının büdcəsindən maliyyələşir və avtomagistralın bağlanması cinayət əməlidir. "Publika" bu cinayətin təbliğini edir və Avropa İttifaqının səfirliyi, maliyyələşdirici qurum olaraq, əvvəlcədən elan edilmiş cinayət əməlinin nəticələrinə görə məsuliyyət daşıyır. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Publika" cinayət əməlini elan edir", – deyə Papuaşvili yazıb.
mənbə: interpress