Polşada iki Gürcüstan vətəndaşı həbs edilib

May 20, 2025 - 12:05
May 20, 2025 - 12:09
 0  26
Polşada iki Gürcüstan vətəndaşı həbs edilib
: :
playing

Polşada iki Gürcüstan vətəndaşı mağazadan oğurluqda ittiham olunaraq həbs edilib. Məlumat yerli media tərəfindən yayılır.

Xeber.ge xəbər verir ki, KİV-in məlumatına görə, şübhəlilər Opole şəhərindəki mağazadan məişət texnikası, qızıl-zinət əşyaları və ərzaq oğurlayıblar - əşyaların ümumi dəyəri 1600 avrodur.

Müttəhimlərdən biri, 48 yaşlı kişi 2024-cü ölkədən qovulub və 7 il müddətinə ölkəyə girişi qadağan edilib. Gürcüstana qayıtdıqdan sonra müttəhim şəxsi məlumatlarını dəyişərək Polşaya geri qayıdıb.

Polşa KİV-lərinin məlumatına görə, hər iki məhbusun Şengen zonasına girişi 10 il müddətinə qadağan edilib.