Tbilisidə tramvay xəttinin çəkilişi üçün 416 milyon larilik tender yenidən elan edilib

Feb 14, 2026 - 12:16
Feb 14, 2026 - 12:17
 0  6
Tbilisidə tramvay xəttinin çəkilişi üçün 416 milyon larilik tender yenidən elan edilib

Tbilisidə tramvay xəttinin çəkilişi üçün 416 milyon larilik tender yenidən elan edilib

Tbilisi Meriyası paytaxtda tramvay infrastrukturunun qurulması məqsədilə 416 592 000 lari dəyərində tenderi təkrarən elan edib.

Xeber.ge xeber  verir ki, layihənin şərtləri bu dəfə də dəyişməz qalıb.

Tenderin şərtlərinə əsasən, qalib şirkət təxminən 8 kilometr uzunluğunda tramvay xəttinin çəkilişini, müasir deponun inşasını və 11 dayanacağın qurulmasını həyata keçirməlidir.

Əvvəlki tenderin ləğv edilmə səbəbi məlum olub

Dövlət Satınalmaları Agentliyinin saytında yerləşdirilən məlumatdan aydın olur ki, bundan əvvəlki tender prosesi sənədlərdəki müəyyən çatışmazlıqlar səbəbindən dayandırılıb. Belə ki, ilkin layihədə ağacların köçürülməsi və sərnişin keçidlərinin qurulması nəzərdə tutulmayıb.

Qeyd edək ki, Tbilisidə tramvay nəqliyyatının bərpası paytaxtın hazırkı meri Kaxa Kaladzenin əsas seçki vədlərindən biridir.

O, bu təşəbbüslə yerli özünüidarəetmə seçkilərinə ay yarım qalmış çıxış etmişdi.